Bakıda skuter sürən qadını maşın vurub öldürdü — VİDEO

HADİSƏ 30 iyul 2025, 22:50

Bu gün saat 19:30 radələrində Nəsimi rayonu, R.Behbudov küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində 99 RN 005 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil skuteri vurub. 

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib.

Skuterin sürücüsü Əhmədova Ülviyyə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top