
Son 4 il ərzində faktiki yaşayış yerinin uyğun olmaması səbəbindən 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib. Bu məqsədlə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində yenilik ediləcək.
Bununla da namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, namizədlərin faktiki yaşayış yerinə uyğun yerləşdirilməsinə üstünlük veriləcək.
Agentlik rəsmisi uşağını məktəbə gec göndərən valideynlərə müraciət edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.