ETSN-də növbəti qanvermə aksiyası keçirildi— FOTOLAR

SOSİAL 31 iyul 2025, 15:25
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası keçirilib. 

Demokrat.az-ın məlumatına görə, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədilə təşkil olunan qanvermə aksiyasında Nazirliyin əməkdaşları fəal iştirak edib.

Qanvermə prosesi “Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən həyata keçirilib və hər bir donorun sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra qan götürülüb.











SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top