“Ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin bəzilərində direktor çatışmazlığı var. Bunun da səbəbi ondan ibarətdir ki, bəzi hallarda direktorların işə qəbulu üzrə imtahanlar verilir, amma bəzi namizədlər müvafiq müsabiqə şərtini ödəmirlər. Həmçinin direktor olmaq istəyən şəxslərin sayı da azdır. Bu da direktor çatışmazlığına gətirib çıxarır”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert hesab edir ki, bu çatışmazlığı aradan qaldırmaq üçün sırf direktor hazırlayan layihələr həyata keçirilməlidir:

“Düşünürəm ki, biz bütün təhsil müəssisələrinə direktor təyinatını təmin etmək üçün bəzi qərarlar verməliyik. Həvəsləndirici qərarlar ola bilər, yaxud konkret direktor hazırlığı üçün layihə olmalıdır. Müəyyən təkmilləşdirmə layihəsində direktorları hazırlayandan sonra onları həmin vakant yerlərə təyin etmək olar.
Bəzi hallarda direktor təyin edilən şəxslər etik davranış qaydalarını pozurlar və qısa müddət sonra həmin şəxslər vəzifədən azad olunurlar. Ona görə də ən yaxşı variant idarəetmə qabiliyyəti olan, bu sahədə təhsili olan şəxslərin cəlb olunması, onların hazırlaşdırılıb vakant yerlərə təyin edilməsidir”.
Cavidan Mirzəzadə
Demokrat.az