"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova demək olar ki, bütün strukturlar adından son vaxtlar bəyanatlar verməklə yadda qalır. Yəni bu tip açıqlamaları da ilk dəfə deyil. Əsasən düşünürəm ki, bu, informasiya müharibəsinin bir hissəsidir. Yəni hibrid təhdidlər deyəndə, hibrid müharibə deyəndə bu qarışıq məsələlərdən mütləq şəkildə xüsusi xidmət orqanları istifadə edir".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ukrayna xüsusi xidmət orqanlarının Rusiyada yaşayan azərbaycanlılara qarşı mümkün təxribatlara yol verə biləcəyi ilə bağlı iddialarını şərh edərkən bildirdi.
Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında müharibə fonunda Rusiya çalışır ki, istənilən müttəfiq dövlətlə və yaxud neytral dövlətlə Ukraynanın arasını vursun:
"Eyni zamanda Ukrayna haqqında mənfi bir rəy yaradaraq qeyri-səmimi ölkə obrazı formalaşdırmağa çalışır. Yəni belə xəbərdarlıq psixoloji bir təsir vasitəsidir. Praktikada Ukraynanın Azərbaycana qarşı belə təxribat törətməsi olmayıb. Lakin siyasi, həm də hüquqi baxımdan bu proseslərdə hər hansı bir hadisə baş verərsə, Ukrayna özünə qarşı beynəlxalq bir ciddi presedent yarada bilər. Yəni buna görə də düşünmürəm ki, Ukrayna bu addımı ata, lakin mütləq şəkildə bütün versiyaların üzərində dayanmaq lazımdır. Rusiya–Azərbaycan münasibətlərində məlum məsələdir, son vaxtlar bir gərginlik var. Bu gərginlikdə də Rusiya xüsusi xidmət orqanları bütün vasitələrə əl atır, bəyanatlar verir, müxtəlif həbslər həyata keçirir, tanınmış şəxslərin vəzifədən çıxarılmasına nail olur və tanınmış şəxslər haqqında bir sıra qeyri-adekvat addımlar atırlar. Yəni burada da əsas məram, məqsəd bir daha qeyd edirəm, son vaxtlar baş verən hadisələrə bir don geyindirmək, özlərini təmizliyə çıxarmaq məsələsidir. Yəni bu proseslər məlumdur ki, Azərbaycanın və cənab Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasətə bir zərbə vurmaq üçün atılacaq addımlardır. Buna görə də bu proseslərdən onlar özləri üçün yararlanmağa çalışırlar".
Komitə sədri qeyd etdi ki, tarixi addımlara baxsaq, məlumdur ki, Azərbaycan ictimaiyyətində kiməsə qarşı bir neqativ mövqe yaratmaq üçün belə addımlar olub.
"Əsas məsələ bu gün də Ukraynanın üzərindədir. Lakin bir daha qeyd edirəm, Azərbaycan öz müstəqil daxili və xarici siyasətini aparır və bunu heç kim, heç bir vasitə ilə dəyişdirməyə nail ola bilməz. Yəni Rusiya–Azərbaycan münasibətlərini onlar çalışır ki, daha bir gərgin istiqamətə yönəltsinlər. Bu gün Azərbaycan hüquq-mühafizə orqanları, əsasən də Dövlət Təhlükəsizliyi Xidməti tam şəkildə əməliyyat şəraitinə nəzarət edir və bunun üçün koordinasiyalı şəkildə digər dövlətlərin xüsusi xidmət orqanları ilə - NATO, Türkiyə, İsrail, digər regional partnyorlarla məlumat mübadiləsi aparır və texnoloji və operativ sahədə əhəmiyyətli irəliləyişi var və bu gün Azərbaycan tam şəkildə məlumatla təmin olunur. Bundan da istifadə edərək təhlillər vasitəsilə tam nəzarəti həyata keçirə bilir. Təhlükəsizlik kameraları, xüsusi monitorinq sistemləri yüksək səviyyədə işləyir. Azərbaycan vətəndaşı da ayıq-sayıq olmalıdır. Yəni informasiya sahəsində təxribatlara qarşı davamlı, psixoloji hazırlıq durumu olmalıdır. Azərbaycan vətəndaşı belə-belə təxribatlara uymamalıdır. Yəni bu gün Ukrayna xüsusi xidmət orqanları inandırıcı görünmür ki, Azərbaycana qarşı hansısa təxribat törədə. Bunu digər dövlət törədə bilər ki, Ukrayna ilə bizim münasibətlərimizi gərginləşdirsin. Çünki dəfələrlə ən yüksək səviyyədə biz Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi qeyd etmişik. Cəmiyyətdə Ukraynaya qarşı bu gün hər hansı bir neqativ rəy formalaşmayıb. Buna da çalışırlar ki, bu proseslərdə formalaşdırsınlar. Praktiki baxımdan Ukraynanın belə bir addım atması bir daha qeyd edirəm ki, real görünmür. Bu, tarixən Rusiya xüsusi xidmət orqanları tərəfindən, lap SSRİ vaxtı da belə məsələlərə əl atmaqla ictimai rəyə təsir etmək üçün müxtəlif təxribat xarakterli addımlar atıblar.
Bir daha qeyd edirəm, hər hansı bir təhdidə qarşı biz texniki cəhətdən, operativ baxımdan tam şəkildə hazırıq. Son illərdə biz bu təcrübələrin hamısını görmüşük. Azərbaycan–Ermənistan müharibəsində, qarşıdurmada, son 30 ildə Azərbaycana qarşı istər bir sıra xüsusi xidmət orqanları, istər qonşu dövlətlər, digərləri – bütün bu prosedurları biz keçərək müvafiq təhlil edərək belə bir hibrid qarşıdurmaların qarşısını almağa nail olan bir dövlətik. Və müasir təhlükələr dəyişdiyindən biz bu dəyişikliklərə də hazırıq. Düşünürəm ki, bu, absurd bir bəyanatdır və Azərbaycan xüsusi xidmət orqanları, həm Azərbaycan vətəndaşı, Ali Baş Komandan başda olmaqla bütün bu təxribatların qarşısını almağa qadirdir və bu məsələdən də müvafiq nəticələr çıxarılacaq", - deyə Arzu Nağıyev vurğuladı.