Qobuda iki avtomobil toqquşdu — Biri hasarı dəldi (VİDEO)

HADİSƏ 12 iyun 2025, 13:20
Abşeron rayonu, Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisənin görüntüləri sosial mediada paylaşılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin polis zabiti Sadıx Axundov Oxu.Az-a verdiyi məlumatda bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb:

"İyunun 11-i saat 17:30-da Qobu qəsəbəsində VAZ-21214 markalı 01-CC-018 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mirzəmehti Səxavət oğlu Aslanov dönmə əməliyyatı apararkən Vüsal Soltan oğlu Səmədzadənin idarə etdiyi "Mercedes-Benz E300" markalı 77-BA-776 dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxaraq ona dəyib.

Dəymiş zərbədən "Mercedes-Benz E300" yolun kənarında olan daş hasara çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb".


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top