Bakının Suraxanı rayonunda yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 5-də baş verib. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Mikayıl Məmmədov həmin gün saat 20 radələrində yaşadığı evində arvadı Zahidə (ad-soyad şərtidir – red.) ilə mübahisə edib.
Aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı o, arvadının sağ və sol sifət nahiyəsinə çoxsaylı şillə zərbələri vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən M. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq zamanı ifadə verən müttəhim ona verilən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, barəsində şikayətçi olan zərərçəkmiş şəxs ilə 2014-cü ildən rəsmi ər-arvad münasibətində yaşayır, birgə nigahdan 2 azyaşlı övladı var: “Zahidə ilə aramızda hərdən mübahisə baş verir. Mayın 5-də, axsam saat təxminən 20 radələrində yaşadığım evimdə arvadım ilə aramızda mübahisə baş verdi. Mübahisə nəticəsində əsəbilərimə hakim ola bilmədim və onun sifət nahiyəsinə iki dəfə şillə ilə zərbə endirdim. Bundan sonra qadın Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə və 32-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək barəmdə şikayət etdi”.
İş üzrə zərərçəkmiş Z. Məmmədovanın sözlərinə görə, həyat yoldaşının etdiyi əməli bağışlayıb, insan kimi etdiyi hərəkəti isə bağışlamağı düşünüb: “Yaşanan hadisə yoldaşım dediyi kimi olub, hazırda şikayətim yoxdur. Daha əvvəllər aramızda mübahisə olub, itələmək, qışqırmaq olub, ancaq şiddət heç vaxt olmayıb. Mən aramızda nə yaşanırsa, valideynlərimə deyirəm, evdə onların evidir. Valideynlərim yoldaşımı bağışlamadığı üçün yoldaşımın həmin evdə yaşaması problemdir. Bu səbəbdən ikimiz üçün ayrı ev almasını təklif etmişəm. Hadisə yaşanan vaxtda da anama yığmışam, sonra polisə zəng edərək şikayət etmişəm. Hazırda aramızda olan mübahisəni həll etmişik, barışıq olub. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayətim yoxdur”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə müəyyən olunub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Qadın ərinə qarşı şikayətini geri götürüb, onu bağışlayıb.
Bu səbəbdən hakim M. Məmmədovun barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən bəraət verici əsaslar olmadan xitam verilib.
Fariz Məlikli
Demokrat.az