Gürcüstan 36 xarici vətəndaşı deportasiya etdi — Aralarında azərbaycanlı da var

HADİSƏ 30 iyul 2025, 16:22
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin və nazirliyin digər struktur bölmələri ilə birgə həyata keçirilən kompleks tədbirlər çərçivəsində 36 xarixi ölkə vətəndaşı deportasiya edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstandan aşağıdakı ölkələrin vətəndaşları deportasiya edilib: Azərbaycan, Banqladeş, Belarus, Misir, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Nigeriya, Pakistan, Rusiya, Filippin və Çin (ümumilikdə 36 nəfər).

Mövcud qanunvericiliyə uyğun olaraq deportasiya edilən bütün şəxslərin ölkəyə girişi qadağan edilib.

Qeyd edək ki, bu ay Gürcüstan Miqrasiya Departamenti Gürcüstan Daxili İşlər Nazirliyinin digər struktur bölmələri ilə birgə kompleks tədbirlər çərçivəsində 115 xarici vətəndaşı Gürcüstandan deportasiya edib.

2025-ci ilin 7 ayının statistikasına əsasən, ümumilikdə 640 xarici vətəndaş ölkədən deportasiya edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 233% çox deməkdir.

Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri də qanuni əsas olmadan Gürcüstanda olan xarici vətəndaşların müəyyən edilməsi və ölkədən çıxarılmasıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 iyul 2025, 14:44
Top