"İran İsrailə əks hücumla bağlı görüşlər keçirir"

DÜNYA 12 iyun 2025, 19:13
İsrailin gözlənilən zərbəsi ilə bağlı İranın İsrailin istənilən təcavüzünə cavabı əvvəlkindən daha güclü və dağıdıcı olacaq. 

Demokrat.az
 xəbər verir ki, bunuİslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hossein Salami deyib. 

Onun sözlərinə görə, İran ordusu istənilən ssenariyə, o cümlədən müharibəyə hazırdır.

İyunun 12-də Amerikanın “Nyu York Times” qəzeti İran hakimiyyətinin İsrailin İslam Respublikasının nüvə obyektlərinə mümkün zərbəsinə cavab hazırladığını yazıb.

Adının çəkilməsini istəməyən İran rəsmisinin sözlərinə görə, artıq ölkənin silahlı qüvvələri və hökumət nümayəndələri əks-hücum mövzusu ilə bağlı görüş keçiriblər.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top