YapiKredi Müraciət Forması
Dünya Özəl

ABŞ körfəz ölkələrinə xəbərdarlıq etdi: İrana qarşı yeni müharibə başlayır

ABŞ körfəz ölkələrinə xəbərdarlıq etdi: İrana qarşı yeni müharibə başlayır

ABŞ-ın Tehranın imkanlarını zəiflətmək və onu danışıqlara sövq etmək məqsədi daşıdığı, genişmiqyaslı gərginliyin artması riski mövcuddur.

ABŞ rəsmiləri Bəsrə körfəzi ölkələrinə xəbərdarlıq edərək, ABŞ-da Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli və şiddətli müharibəyə hazırlaşmağı tövsiyə ediblər.

Demokrat.az xəbər verir ki, bu haqda ABŞ-ın nüfuzlu "The Wall Street Journal" nəşri məlumat yayıb.

"The Wall Street Journal"ın məsələdən xəbərdar olan rəsmi şəxslərə istinadən verdiyi məlumata görə, diplomatik və hərbi kanallar vasitəsilə həyata keçirilən bu təmaslar, ABŞ və İsrailin İrana qarşı yeni və gərgin hərbi əməliyyatlar mərhələsinə hazırlaşdıqlarına dair bir işarədir.

Mənbələr bildirirlər ki, ABŞ-ın əsas məqsədi Tehranın imkanlarını zəiflətmək və onu danışıqlara sövq etməkdir. Bu isə bütün regionda genişmiqyaslı müharibə təhlükəsini artırır.

Müəllif: Alparslan

Editor
Redaktor