
Hindistanın qərbində “Air India” aviaşirkətinin qəzaya uğramış “Boeing 787 Dreamliner” təyyarəsinin bir sərnişini sağ qalıb.
Bu barədə “News 18” telekanalı məlumat yayıb.
"Polis qəza yerində sağ qalan bir nəfəri aşkarlayıb", - telekanal Əhmədbad polisinin məlumatına istinadən bildirib.
Məlumata görə, o, Hindistan vətəndaşıdır və hazırda xəstəxanadadır.
Daha əvvəl göyərtədə olan 242 nəfərin hamısının həlak olduğu bildirilmişdi.(Report)