Biləsuvarda ər arvadını döydü

KRİMİNAL 12 iyun 2025, 18:45
Biləsuvar rayonunda 1974-cü il təvəllüdlü Mahmud ailə həyat yoldaşı Sevdaya (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Biləsuvar rayonunun kəndində bu ilin fevralın 7-də baş verib. Mahmud həmin gün saat 19 radələrində yaşadıqları evdə arvadı Sevda ilə ailə münasibətləri zəminində onu nalayiq sözlərlə təhqir edib. 

Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı ayaq zərbəsi ilə arvadının sol ayaq pəncə nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Mahmudun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahmud aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası alıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top