Meksikanın 186.000 əhalisi olan dağlıq San Cristobal de las Casas şəhərində insanlar ildə adambaşına orta hesabla 800 litr "Cola" istehlak edir.
Demokrat.az xəbər verir ki, bu Meksikanın ümumi göstəricisindən beş dəfə çoxdur.
Bu heyrətamiz istehlak piylənmə və 2-ci tip diabetin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bölgədə hər il 3000 nəfər şəkərli diabetdən ölür.
Şəhərdə "Coca-Cola" sadəcə içki deyil, “maye qızıl” sayılır. Yerli şamanlar bu içkidən dini mərasimlərdə istifadə edirlər. Yerli əhalinin bu içkiyə üz tutmasının arxasında ciddi infrastruktur problemi dayanır. Bölgənin bir çox məhəllələrində su həftədə yalnız bir dəfə verilir.
Əfsanə Kamal
Demokrat.az