Şimali Kipr Türk Cümhuriyyəti Əmək və sosial müdafiə naziri Sadıq Qardiyanoğlu deyib ki, rəqəmsallaşma bu gün bütün dünyada ailə fərdləri arasında uçuruma gətirib çıxarıb. Hazırda bütün dünyada ailə anlayışı daha əvvəllər rastlaşmadığı problemlərlə üz-üzə qalıb. Rəqəmsallaşma ailə fərdləri arasında uçurum yaradıb.
Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlmasında deyib ki, bugünkü texnoloji inkişafın gətirdiyi yeniliklər həyatımızı asanlaşdırsa da, ailədaxili münasibətlərə mənfi təsirləri də artmaqdadır:
“Rəqəmsallaşma və internetə həddindən artıq bağlılıq ailə üzvləri arasında canlı ünsiyyəti zəiflədir. Bir çox ailədə valideyn və övladlar bir evdə yaşasalar da, fərqli rəqəmsal aləmlərdə zaman keçirirlər. Uşaqlar planşetdə oyun oynayır, valideynlər isə telefon və kompüterlə məşğul olur. Nəticədə, bir masa ətrafında oturmaq, söhbət etmək, birgə fəaliyyətlər keçirmək getdikcə azalır. Bu tendensiya təkcə münasibətlərin soyumasına deyil, həm də psixoloji və emosional bağların zəifləməsinə səbəb olur. Ən çox təsirlənənlər isə uşaqlardır. Ünsiyyət bacarıqlarının inkişaf etməməsi, empatiyanın azalması və sosial təcrid halları artıq kiçik yaşlardan müşahidə olunur. Avropada bu proses bizdən daha əvvəl başlayıb və indi orada insanlar arasında yadlaşma artıq adi hal alıb”.
Sosioloq əlavə edib ki, bu yadlaşmanın əsas səbəbi isə internet və sosial medianın həyatın mərkəzinə çevrilməsidir:
“İndi sual yaranır ki bu reallığa qarşı kim və necə mübarizə aparmalıdır? Cavab isə sadədir - hər birimiz. Əgər ailə, dostluq, qohumluq münasibətləri bizim üçün dəyərlidirsə, bu məsələ üzərində düşünməli və hərəkətə keçməliyik. Günün müəyyən saatını mütləq şəkildə telefon və kompüterdən uzaqlaşdırmalı, canlı ünsiyyətə həsr etməliyik. Ailə daxilində ən çox ehtiyac duyulan budur valideynlər övladları ilə, həyat yoldaşları bir-biri ilə səmimi söhbət etməli, "Necəsən?", "İşlər necə gedir?", "Nə var, nə yox?" kimi sadə, amma dəyərli suallarla münasibətləri canlı saxlamalıdırlar. Canlı ünsiyyət problemin yeganə həll yoludur”.
Leyla Turan
Demokrat.az