Azyaşlı qızının videosunu yayan ana həbs edildi

HADİSƏ 12 iyun 2025, 14:59
Yetkinlik yaşına çatmayan qızının pornoqrafik videosunu yayan qadın həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət hadisəsi Bakıda baş verib.

Gülnur Əsədova (şərti) qızı üzərindən cinayət törətməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 171-1-ci (uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsi ilə ittiham verilib.

Təqsiri sübuta yetirilsə, ana 5 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Cinayət işi üzrə məhkəmə istintaqının qapalı keçirilməsi qərara alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top