İsrail daha bir neçə terrorçunu həbs edib

DÜNYA 12 iyun 2025, 18:20
İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Suriyanın cənub - qərbində Fələstin HƏMAS hərəkatının bir neçə üzvünü saxlayıblar.

Məlumatda deyilir ki, gecə keçirilən əməliyyat son həftələrdə toplanmış kəşfiyyat məlumatlarına əsaslanıb və çoxsaylı terror əməliyyatları planlaşdıran terrorçunun həbsi ilə nəticələnib.

Saxlanılan şəxslərdən silah və sursatların götürüldüyü, daha sonra dindirilmək üçün İsrailə aparıldığı vurğulanır.

 Suriya Daxili İşlər Nazirliyi jurnalistlərə bildirib ki, İDF əsgərləri suriyalı mülki şəxsləri saxlayıb, onlardan biri güllə yarası alıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top