YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

İraq ölkə sərhədlərini nəzarətə götürür: İran izolyasiyada qalacaq? - VİDEO

İraq ölkə sərhədlərini nəzarətə götürür: İran izolyasiyada qalacaq? - VİDEO

İranla ticarət, idxal və ixrac əməliyyatları həyata keçirən yük maşınlarının hərəkətini dayandırmaq məqsədilə İraqla sərhəddə yerləşən "Şeyx Saleh" keçid məntəqəsi bağlanır.

İraq Sərhəd Qoşunlarının komandiri, İran İslam Respublikası ilə bütün qeyri-rəsmi sərhəd keçid məntəqələrinin, o cümlədən kürd muxtariyyəti bölgəsindəkilərin bağlanması barədə əmrin icrasına başlanıldığını elan edib.

Demokrat.az İraqın rəsmi Xəbər Agentliyinə istinadən (INA) məlumat verir ki, cümə axşamı Hələbcə vilayətində İranla "Paştə" sərhəd keçid məntəqəsi bağlanıb.

"Sərhədçilər bu gün bizə "Piştə" sərhəd-keçid məntəqəsinin bağlanması barədə qərarı çatdırdılar. Bağdad onun bağlanması ilə bağlı əmr verib", - INA-nın xəbərində belə deyilir.

Prosesləri İranın "Mehr" Xəbər Agentliyi də təsdiq edib. Xəbərdə bildirilir ki, Paveh şəhərindəki "Şuşmi" sərhəd-keçid məntəqəsi və Salas-e Babacanidəki "Şeyx Saleh" sərhəd-keçid məntəqəsi İraq tərəfindən bağlanıb.

"Şeyx Saleh" sərhəd-keçid məntəqəsinin bağlanması ilə bağlı Kirmanşah Gömrük İdarəsi isə bunları bildirib:

"Hazırda bu sərhəddə mal və tikinti materialları daşıyan 300 yük maşını gözləmə vəziyyətində qalıb. Bununla belə, həmin məntəqədə "kolbari" (sərhədyanı daşıyıcılıq) və tranzit əməliyyatları davam edir".

Xatırladırıq ki, İraq hökuməti kürdlərin nəzarətində olan bütün bölgələrin, həmçinin qonşu ölkələrlə olan sərhəd məntəqələrinin Bağdadın nəzarətinə keçiriləcəyi barədə qərar qəbul edib.

Alparslan