Naxçıvanda dayanacaqda dava: 16 yaşlı gənc tanışını bıçaqladı

HADİSƏ 12 iyun 2025, 16:17
Naxçıvanda 16 yaşlı gənc tanışını bıçaqlayıb.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki hadisə Şərur rayonunun ərazisindəki avtobus dayanacağında baş verib. Rayonun Qışlaqabbas kənd sakini, 2009-cu il təvəllüdlü Mirkərim Kərimov (soyad şərtidir) tanışı, 2007-ci il təvəllüdlü Ceyhunla mübahisə edib. Mübahisə nəticəsində Ceyhun Mirkərimi söyüb, onu vurmağa cəhd edib. Bu vaxt Mirkərim cibində gəzdirdiyi bıçaqla onun qarın nahiyəsinə zərbə endirib.

Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mirkərim saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və iş üzrə cinayət işi başlanıb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsini hökmü ilə Mirkərim Kərimov altı il müddətinə azadlıqdan məhrum edilib və o, cəzasını çəkmək üçün ümumi rejimli tərbiyə müəssisəsinə göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top