Məşhur kanalın rəhbəri saxlanıldı — FOTOLAR

HADİSƏ 11 iyun 2025, 10:28
"Halk" TV-nin rəhbəri Cəfər Mahiroğlu barəsində həbs qərarı verilib.

Milli.Az xəbər verir ki, Türkiyənin tanınmış media qurumu "Halk" telekanalının İdarə Heyətinin sədri Cəfər Mahiroğlu haqqında məhkəmə orqanları tərəfindən həbs qərarı çıxarılıb. Mahiroğlu tender prosesində saxtakarlıq etməkdə ittiham olunur.

İstanbul Respublika Prokurorluğunun yaydığı məlumata əsasən, araşdırmalar nəticəsində Mahiroğlunun tenderlərə qanunsuz müdaxilə etdiyi müəyyən edilib. Prokurorluq onu "tenderi saxtalaşdırmaq" cinayət maddəsi ilə təqsirləndirir.

Qeyd edilir ki, Mahiroğlu barəsində həbs qərarı verildikdən sonra onun xarici ölkəyə getdiyi aşkarlanıb.

Hazırda Mahiroğlunun harada olduğu ilə bağlı rəsmi məlumat verilməyib. Onun barəsində beynəlxalq axtarış elan ediləcəyi istisna olunmur.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top