Bakı üzrə attestat qiymətləri əla olan abituriyentlərindən 3,95 %-i 200 baldan aşağı nəticə göstərib. Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.
Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib ki, son günlər bəzi məktəblərdə şagirdlərin məktəbdaxili qiymətləndirmə göstəriciləri ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan nəticələri arasında ciddi fərqlər müşahidə olunub:
“Belə ki, məktəb qiymətləri yüksək olsa da, imtahanda əldə edilən nəticələr zəif olub. Bu, sistemli problemin əlamətidir və məsələ ciddi şəkildə araşdırılmalıdır. Məsələ ilə bağlı müvafiq qurumlar Elm və Təhsil Nazirliyi, DİM və yerli təhsil idarələri qiymətləndirmə meyarları və tətbiq olunan praktikanı yenidən nəzərdən keçirməlidir. Bu uyğunsuzluğun səbəbləri müxtəlif ola bilər. Buna məktəbdaxili süni qiymət şişirtməsi, qiymətləndirmə meyarlarının uyğunsuzluğu, psixoloji gərginlik və ya ümumi tədris keyfiyyətinin aşağı olması aiddir. Məsələ təkcə statistik fərqlə bitmir, bu ziddiyyət şagirdlərin gələcək təhsil imkanlarına və cəmiyyətin təhsilə olan inamına birbaşa təsir göstərir. Aidiyyəti qurumlar tərəfindən bu fərqlərin səbəbləri təhlil edilməli, məktəblərdə şəffaflıq və obyektivliyin təmin olunması istiqamətində zəruri tədbirlər görülməlidir”.
Leyla Turan
Demokrat.az