“Müəllimlərin geyimi ilə bağlı məhdudiyyətlər təbii ki, olmalıdır. Çünki müəllim həm məktəbdə, həm də cəmiyyətdə nümunədir”.
Bunu Demokrat.az-a açıqlamasında tələbələr üçün kreditlərin əlçatanlığından danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

O bildirib ki, vahid müəllim geyiminin tətbiqinin tərəfdarıdır:
“Hər zaman vahid müəllim geyiminin tərəfdarı olmuşam. Bu, ilk növbədə məktəbdə sosial bərabərsizliyi aradan qaldırır.
Digər tərəfdən, müəllim öz biliyi, davranışı və mədəniyyəti ilə fərqlənməlidir. Geyim ona fərqlənmək üçün alət olmamalıdır. Məcburi olmasını düşünmürəm, amma hesab edirəm ki, müəllim geyimi fərqlənsə, daha yaxşı olar. Bu, məktəbin estetik aurasına da gözəllik qatacaq.
Mənim üçün əsas təhsilin keyfiyyətidir, geyim buna bir təsir göstərməyəcək. Bəzən cəmiyyətdə belə fikir yaranır ki, hər şey düzəlib, bircə geyim qalıb.
Təbii ki, biz geyimin təhsilə hansısa təsir edəcəyini gözləmirik. Sadəcə vahid geyim müəllimi fərqləndirəcək, bu baxımdan faydalı olacaq. Necə ki, bir çox peşə sahiblərinin vahid forması var. Əsas odur ki, bu qərar müəllimlərin mənafeyinə zidd olmasın, həmçinin sui-istifadə halları baş verməsin”.
Cavidan Mirzəzadə
Demokrat.az