“Azərbaycan və Ermənistan arasında artıq sülh müqaviləsinin mətni razılaşdırılıb, sənəd imzalanıb və tərəflər sülhə doğru ciddi addım atıblar”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, qarşıda qalan əsas əngəl isə Ermənistan Konstitusiyası ilə bağlı məsələdir:
“Ermənistanda keçiriləcək seçkilərdən sonra, hakimiyyətə gələcək və ya hakimiyyəti qoruyacaq qüvvə bu istiqamətdə addım atmalıdır və Konstitusiyada dəyişikliklər edilməlidir. Əgər bu baş verərsə, deməli Ermənistan cəmiyyətində də müəyyən qədər rasional düşüncə tərzi üstünlük təşkil etməyə başlayıb. Onlar Azərbaycanla münasibətlərin normallaşmasından başqa yol görmürlər.
Əgər belə olacaqsa, seçkilərdən sonra keçiriləcək referendum və Konstitusiya dəyişikliyi Ermənistan cəmiyyətindəki əhval-ruhiyyəni göstərəcək. Bu əhval-ruhiyyə sülh tərəfdarı olacaqsa, gələcəkdə Azərbaycanla qarşılıqlı münasibətlər qurulacaq, kommunikasiyalar açılacaq.
Cənubi Qafqazda “Qafqaz evi” ideyası – Azərbaycan-Gürcüstan-Ermənistan üçlü formatında əməkdaşlıq – mümkün ola bilər. Bunlar müsbət proqnozlardır. Amma əgər Ermənistanda revanşist əhval-ruhiyyəli və sülh tərəfdarı olmayan qüvvələr hakimiyyətə gələcəksə, şübhəsiz ki, proseslər fərqli istiqamətə yönələ bilər. Sülh prosesi dayana bilər və gərginlik davam edə bilər”.
Leyla Turan
Demokrat.az