Astarada zəhərlənən şəxslərin vəziyyəti AÇIQLANDI

GÜNDƏM 05 sentyabr 2025, 18:41
Astara rayonunda qarpızdan zəhərlənmə ehtimalı ilə xəstəxanaya çatdırılan şəxslərin son vəziyyəti açıqlanıb.

Demokrat.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 5-də saat 11:00-dan etibarən müxtəlif qastrointestinal şikayətlərlə səkkizi uşaq olmaqla, ümumilikdə 15 nəfər (doqquzu qadın, altısı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

"Onlara zəruri tibbi xidmət göstərilib. Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, ikisinin vəziyyəti isə nisbi ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top