Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyib. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,33% artaraq 3 618,2 ABŞ dollarına bərabər olub.
"Goldman Sachs" bankı ABŞ-nin Federal Ehtiyatlar Sisteminin müstəqilliyi sarsılarsa, qızılın qiymətinin bir unsiya üçün təxminən 5 000 dollara yüksələ biləcəyini proqnozlaşdırıb.
Bəs dünya bazarında qızılın bahalaşmasına hansı amillər təsir göstərir?
Bu barədə Demokrat.az-a danışan iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, ötən həftədən etibarən qızılın bir unsiyasının qiymətində 4,5 faiz ətrafında bahalaşma müşahidə olunur:

“İlk bahalaşma trendi Federal Ehtiyat Sistemi rəhbərinin uçot dərəcəsinin azaldılması istiqamətində əlamətləri özündə əks etdirən çıxışından sonra başladı.
Sonrakı bahalaşma dalğasına isə ABŞ administrasiyasının Federal Ehtiyat Sistemində üstünlüyü ələ keçirmə cəhdi və bu istiqamətdə atdığı addımlar, həmin addımların doğura biləcəyi risklər, o cümlədən Federal Ehtiyat Sisteminin müstəqilliyinin zəifləməsi və nəticədə Trampın ucuz dollar siyasətini həyata keçirmək imkanları qazanması barədə bazar iştirakçıları arasında formalaşan qənaətlər təsir göstərib”.
Ekspert bildirib ki, bu, eyni zamanda qlobal qızıl bazarında mühüm iştirakçılar hesab olunan mərkəzi banklar tərəfindən də qızıl alışına meyillərin güclənməsi ilə əlaqədardır:
“Açıqlanan son məlumatlara görə, son 9 ay ərzində dünyanın ən böyük qızıl tədarükçüsü olan Çin Mərkəzi Bankı qızıl alışını artırıb. Növbəti 12 ay ərzində isə 1 milyon tondan artıq qızılın mərkəzi banklar tərəfindən alınacağı proqnozlaşdırılır. Bütün bu faktorlar, eləcə də geosiyasi amillər – Rusiya-Ukrayna müharibəsində uğurlu nəticənin olmaması, Hindistana tətbiq edilən 30 faizlik rüsumun qüvvəyə minməsi kimi narahatlıqlar qızıl bazarında qiymət artımına təsir edir”.
Cavidan Mirzəzadə
Demokrat.az