Uşaqlar üçün maliyyə üzrə mobil tətbiq: Rabita Junior

MALİYYƏ 05 sentyabr 2025, 11:21
Müasir dövrdə maliyyə savadlılığı yalnız böyüklər üçün deyil, uşaqlar üçün də vacib bacarıqdır. Rabitəbank bu yanaşmanı rəhbər tutaraq ölkəmizdə ilk dəfə olaraq 7–17 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş innovativ maliyyə mobil tətbiqi- Rabita Junior-u istifadəyə verdi.

Rabita Junior sadəcə bir mobil tətbiq deyil. Bu, uşaqların maliyyə ilə ilk tanışlığını düzgün, məsuliyyətli və şüurlu şəkildə qurmaq üçün hazırlanmış, gələcək nəsillərin daha savadlı, planlı fərdlər kimi formalaşmasına xidmət edən müasir texnoloji platformadır. Tətbiq valideynlərə övladlarının maliyyə davranışlarını təhlükəsiz və rahat şəkildə izləməyə, xərclərini idarə etməyə və onlara düzgün maliyyə vərdişləri qazandırmağa imkan yaradır.

Tətbiq Kartmane Junior kartı ilə birlikdə təqdim olunur və uşaqlara büdcə idarəsini öyrətmək üçün real imkanlar təqdim edir. Bu, həm də onların müstəqillik hissini gücləndirən və öz maliyyə qərarlarını formalaşdırmağa təşviq edən bir addımdır.

Tətbiqin əsas üstünlükləri:
  • Valideyn tərəfindən xərclər üzrə gündəlik və aylıq limitlərin təyin olunması;
  • Kartın valideyn tərəfindən istənilən vaxt bloklanması və bütün əməliyyatlara real vaxtda nəzarət;
  • Uşaqların ödəniş etdikcə keşbek qazanması, pul yığması və tapşırıqları yerinə yetirərək mükafat alması;
  • Əyləncəli obrazlarla maliyyə savadlılığının oyun formatında inkişafı;
  • EU/AZN/USD valyutalarında istifadənin mümkünlüyü;
  • Statistika bölməsində xərclərin rahatlıqla təhlili;
  • Ödənişsiz standart kart və Rabita Mobile tətbiqi üzərindən cəmi bir neçə dəqiqəyə sifariş imkanı.
Rabita Junior ilə Rabitəbank bir daha göstərir ki, texnoloji yenilik yalnız rahatlıq yaratmaq üçün deyil, həm də cəmiyyətə fayda vermək, maarifləndirmək və gələcəyi formalaşdırmaq üçün mükəmməl vasitədir. Bu təşəbbüs gələcək nəsillərin maliyyə baxımından daha savadlı və məsuliyyətli yetişməsinə verilən dəyərin göstəricisidir.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Rabitəbankdan ölkədə ilk! 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 sentyabr 2025, 12:57
Top