31 avqust – 5 sentyabr 2025-ci il tarixlərdə 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC – International Collegiate Programming Contest) Dünya Finalı Azərbaycanda keçirilir. ICPC Foundation tərəfindən təşkil olunan müsabiqə ADA Universitetinin ev sahibliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyilə həyata keçirilir. Rəqəmsallaşma təşəbbüslərini dəstəkləyən Xalq Bank bu mühüm qlobal tədbirin Azərbaycan Banklar Assosiasiyası çərçivəsində tərəfdaşlarından biridir.
Yarışmada 70-dən artıq ölkəni təmsil edən 140-a yaxın universitet komandası iştirak edəcək. Gənc proqramçılar yarışma ərzində alqoritmik düşüncə, problem həll etmə bacarıqları və komanda işi üzrə biliklərini nümayiş etdirəcəklər. Qeyd edək ki, Dünya Finalında ölkəmizi ADA Universiteti və Bakı Ali Neft Məktəbi (BANM) təmsil edəcək.
Xalq Bank bu mühüm layihəni dəstəkləməklə ölkəmizdə rəqəmsal mühitin inkişafına və gənclərin IT sahəsində bilik və bacarıqlarının artırılmasına töhfə verir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.