“Son dövrdə qızıl sadəcə zinət əşyası və ya investisiya vasitəsi deyil, dövlətlərin maliyyə təhlükəsizliyi üçün əsas alətə çevrilib”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib.
O əlavə edib ki, əvvəllər ehtiyatların böyük qismi dollarda saxlanılırdısa, indi artıq ölkələr qızıla üstünlük verirlər:
“Bunun səbəbi sadədir. Valyutalar devalvasiyaya məruz qalır, amma qızıl min illərdir öz dəyərini qoruyur. Geosiyasi risklər, müharibələr, beynəlxalq ticarət münaqişələri fonunda qızıl sabit liman rolunu oynayır. Buna görə də mərkəzi banklar ehtiyatlarının bir hissəsini qızıla yönəldərək, həm riskləri azaldır, həm də gələcəkdə yaranacaq maliyyə təzyiqlərinə qarşı özlərini sığortalayırlar. Bu gün qızılın qiymətinin yüksəlməsi də məhz həmin strateji maraqların nəticəsidir. Başqa sözlə, qızıl artıq sadəcə sərvət simvolu deyil, milli təhlükəsizlik məsələsidir”.
Leyla Turan
Demokrat.az