“Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar”

XARİCİ SİYASƏT 05 sentyabr 2025, 16:42
Budapeştdə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclası keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı APA yayıb.

İclas zamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, 15 il əvvəl Macarıstanla Azərbaycan arasında qarşılıqlı hörmət əsasında tərəfdaşlıq qurulanda bəzi Avropa liderləri bu təşəbbüsə istehza ilə yanaşıb.

“Bu gün isə həmin liderlər Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar”, - Macarıstan XİN rəhbəri vurğulayıb.

Nazir əlavə edib ki, bu əməkdaşlıq Macarıstana enerji, əczaçılıq, kənd təsərrüfatı və tikinti sahələrində böyük nəticələr qazandırıb:

“Mərkəzi və Şərqi Avropanın aparıcı inteqrasiya olunmuş neft və qaz korporasiyası MOL Group və MVM indi Azərbaycanın ən böyük neft-qaz yataqlarında səhmlərə sahibdir və beynəlxalq bazarda sadə alıcıdan enerji istehsalçısına çevrilib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top