Velosiped zolağı bir küçədə var, beş küçədə yox, məntiqlidir bu? — Sabiq deputat

GÜNDƏM 05 sentyabr 2025, 16:10
“Velosiped zolaqlarının heç biri sona qədər getmir. Bir küçədə 300-500 metr var, o biri küçədə yoxdur. Məncə bu zolaqlar daha çox parklarda olmalıdır, bu daha zəruridir. Şəhərdə olmasına heç bir fikir də bildirə bilmirəm, nə qədər məntiqlidir bu? Bir küçədə var, beş küçədə yoxdur. Bu velosiped sürən necə hərəkət edəcək?”.

Bunu Demokrat.az-a açıqlamasında 4 çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib. 

O həmçinin bildirib ki, bütün dövlət qurumları hesabat verməlidir, hər şey ictimaiyyətə çatdırılmalıdır:

“Bunun gizlədilməsi, çap olunmaması, yaxud açıqlamaqdan imtina etmək qanuni deyil”.

Rüfət Quliyev həmçinin qeyd edib ki, şəhərdə parkinq ödənişli olmalıdır:

“Amma müəyyən yerlərdə axşam saat 10-dan səhət 7-yə qədər ödənişsiz olmaldır. Həmçinin, həmin ərazidə yaşayan insanlar gecə öz maşınlarını saxlamaq üçün parkinqlərdən istifafə edə bilməlidir”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 sentyabr 2025, 15:50
Top