Yəməndə vəba tüğyan edir — Ölkənin 96 faizini əhatə edib

DÜNYA 05 sentyabr 2025, 18:07
Humanitar yardımın dayandırılması fonunda Yəmənin ərazisinin 96 faizində vəba halları qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Washington Post" həkimlərə və ekspertlərə istinadən məlumat yayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Yəməndəki nümayəndəliyinin rəhbərinin müavini Nuhi Mahmudun sözlərinə görə, yuxarıda qeyd olunan rəqəm Yəməndə vəba epidemiyasının dünyada ən çox yayıldığı ərazi olduğunu sübut edir.

Mütəxəssis qeyd edib ki, yanvardan iyulun ortalarına qədər Yəməndə 50 min şəxsdə vəbaya yoluxma halı aşkarlanıb, 149 nəfər həyatını itirib.

"İlk dəfədir ki, belə bir böhranla qarşılaşırıq. Əvvəllər öhdəsindən gəlirdik, lakin son vaxtlar hər yerdə vəba xəstəliyi yayılıb", - deyə Nuhi Mahmud söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top