Oğuzda qanunsuz ağac kəsiminə görə cinayət işi açılıb, saxlanılan var

GÜNDƏM 05 sentyabr 2025, 19:03

Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır. 

Bu barədə  DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top