Oğlanın ağzındakı 14 artıq diş çıxarıldı

DÜNYA 16 aprel 2025, 23:56
Moskva vilayətində bir oğlanın 14 əlavə dişi çıxarılıb.

Demokrat.az “Medicina”-ya istinadən xəbər verir ki, Roşal Mərkəzinin həkimləri yeniyetmənin 14 əlavə dişini çıxarmaq üçün əməliyyat keçiriblər.

Məlum olub ki, 15 yaşlı yeniyetmə çeynəmənin pozulması şikayəti ilə tibb müəssisəsinə müraciət edib.

Müayinədən sonra həkimlər xəstənin 14 əlavə dişinin olduğunu aşkarlayıb və onları çıxarmaq qərarına gəliblər. İki saat davam edən əməliyyatın nəticəsi uğurlu alınıb. İndi oğlanın vəziyyəti yaxşıdır və evə buraxılmağa hazırlaşır.

Üz-çənə cərrahı Sergey Varduqinin sözlərinə görə, belə anadangəlmə patologiya dişləmənin sağlam formalaşmasına və orta dişlərin böyüməsində ləngiməyə səbəb olub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top