Mehmet Ali Erbilə 10 ay həbs cəzası verildi

ŞOU-BİZNES 15 aprel 2025, 14:24
Türkiyəli şoumen Mehmet Ali Erbil qanunsuz mərclərə təşviq ittihamı ilə çıxarıldığı məhkəmədə 10 ay həbs və 1000 lirə cərimə cəzasına məhkum edilib.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, məhkəmə cəzanın təxirə salınmasına və Erbilin bir il müddətində nəzarətdə saxlanılmasına qərar verib.

İstanbul 20-ci Asliye Cəza Məhkəməsində keçirilən məhkəmə prosesində Erbilin vəkilləri iştirak edib. Məhkəmə qərarına əsasən, Erbil sosial media vasitəsilə insanları idman oyunlarına əsaslanan mərc və ya şans oyunları oynamağa təşviq etdiyinə görə cəzalandırılıb.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında sosial media fenomenlərinin izləyici sayı və tanınması səbəbilə cəmiyyətdə təsir gücünə malik olduqları, bəzilərinin isə paylaşdıqları video və fotolarla qanunsuz mərcləri reklam, təşviq etdikləri vurğulanıb.

İddianamədə qeyd olunub ki, Erbilin Malta səfəri, orada qonaq edilməsi və qalması, hər hansı maddi qazanc məqsədi daşıdığı üçün bu hadisə "mənfəət əldə etmə" kimi qiymətləndirilib. Prokurorluq onu 1 ildən 3 ilə qədər həbs və 3 min günlük cərimə ilə cəzalandırmağı tələb etmişdi.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top