Deputat tıxaca görə iclasa gecikdi — “Üzr istəməlidirlər”

SİYASƏT 21 sentyabr 2026, 10:53
“İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir”.

Demokrat.az
“Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Arzuxan Əlizadə bildirib.

“Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Gecikmələr xüsusilə iş yerlərində işçi ilə rəhbərlik arasında problemlərə səbəb olur”, - deputat qeyd edib.

Deputat Elman Nəsirov da tıxaclarla bağlı narahatlığını dilə gətirib.

“Son günlər Elmlər Akademiyası tərəfdə ciddi insan izdihamı görürəm. Bu məsələ çox ciddiləşib. Aidiyyəti qurumlar bu istiqamətdə təxirəsalınmaz tədbirlər görməlidir. Məncə tıxacların qarşısını almaq üçün smart idarəetmə sistemindən, xarici praktikadan istifadə etməliyik”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top