İrandan nüvə silahı yaratmaq iddialarına REAKSİYA

DÜNYA 09 aprel 2025, 21:14
İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahını deyil, elm və nüvə enerjisini inkişaf etdirmək istədiyini bəyan edib. 

Demokrat.az
xəbər verir ki, İran liderinin bəyanatını İranın SNN agentliyi yayıb.

O, Milli Nüvə Texnologiyası Günündə İranın nüvə sənayesi nailiyyətlərinin təqdimatına həsr olunmuş nitqində bildirib ki, ABŞ və dünyaya nüvə silahı yaratmaq istəmədikləri haqqında zəmanət verəcəklər. 

Bundan əvvəl ABŞ İranla böhranı sülh yolu ilə həll etmək istəyini ifadə edib.

Eyni zamanda, hələ fevral ayında Britaniyanın “Teleqraf” nəşri hərbçilərin İranın dini lideri Əli Xamneyidən nüvə silahını qadağan edən fətvasının ləğvini tələb etdiyini yazmışdı.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top