Rusiyanın Dneprə dron hücumu nəticəsində ölənlərin sayı artıb, 30-a yaxın insan yaralanıb — YENİLƏNİB

DÜNYA 17 aprel 2025, 08:42
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinə dron hücumu nəticəsində üç nəfər ölüb, 28 nəfər yaralanıb.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb.

“Axşam saatlarında düşmən dronlarla Dnepr şəhərinə hücum edib. Rusiyalılar biri uşaq olmaqla üç nəfərin həyatına son qoyub. İlkin məlumata görə, 28 nəfər, o cümlədən dörd körpə yaralanıb”, – xilasedicilər bildiriblər.

Qeyd olunub ki, hücum nəticəsində şəhərdə bir neçə yanğın olub. Onların hamısı söndürülüb.

***03:20

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinə dron hücumu nəticəsində yaralananların sayı 28-ə çatıb.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, bu barədə şəhər meri Borıs Filatov teleqramda bildirib.

“Ümumilikdə yaralananların sayı 28-ə çatıb, onlardan dördü uşaqdır”, – Filatov qeyd edib.

O, 15 binaya, o cümlədən tələbə yataqxanası, təhsil və qida müəssisələrinin binalarına ziyan dəydiyini açıqlayıb.

Daha əvvəl vilayət rəhbəri hadisədə 16 nəfərin yaralandığını, iki nəfərin isə öldüyünü bildirmişdi.

**02:23

Aprelin 16-da Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinə dron hücumu nəticəsində azı iki nəfər ölüb.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Serhiy Lısak gecə teleqramda bildirib.

İlkin məlumatlara görə, hücum nəticəsində iki qadın ölüb, daha 16 nəfər yaralanıb. Yaralananlar arasında doqquzaylıq qız, habelə 6 və 11 yaşlı iki oğlan var.

“Rus dünyası” iş başında. Tezliklə düşmən səhifələrdə növbəti “NATO zabitlərinin məhv edilməsi” barədə dezinformasiya yayılacaq. Əslində isə, Dneprdə mülki əhaliyə qarşı yenidən terror”, – Lısak yazıb. O həmçinin qeyd edib ki, zərbələr nəticəsində yaşayış evləri, təhsil və mədəniyyət müəssisələri, avtomobillər zərər görüb.

UNIAN-ın yerli teleqram kanallara istinadən yazdığına görə, şəhərdə təxminən 20 dəqiqə ərzində ondan çox partlayış baş verib. Hücumdan sonra Dneprin bəzi ərazilərində elektrik enerjisi ilə bağlı problemlər yaranıb.

Həmin axşam, aprelin 16-da, Rusiya ordusu Xarkov vilayətinin İzyum şəhərinə də zərbə endirib. Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleh Sinehubovun məlumatına görə, atəş nəticəsində iki böyük – 35 yaşlı kişi və 32 yaşlı qadın xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Daha sonra İzyum merinin humanitar məsələlər üzrə müavini Volodimir Matsokin bildirib ki, zərərçəkənlər arasında yeddi yaşlı uşaq da var.

Qeyd edək ki, Rusiya ordusu Ukraynanın mülki infrastrukturuna mütəmadi olaraq genişmiqyaslı zərbələr endirir. Belə ki, aprelin 16-na keçən gecə 97 pilotsuz uçuş aparatı, aviasiya və artilleriya vasitələrindən istifadə edilərək hücum həyata keçirilib. Zərbələr Xerson, Odessa, Dnepropetrovsk, Sumı, Poltava və Kiyev vilayətlərinə endirilib. Nəticədə ən azı bir nəfər həlak olub, mülki infrastruktur obyektləri zərər görüb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top