YapiKredi Müraciət Forması
Sosial

Restorandakı zəhərlənmə ilə bağlı araşdırma başladı

Restorandakı zəhərlənmə ilə bağlı araşdırma başladı

Bakının "Qızıl qaya" restoranında zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalar aparılır.

Demokrat.az xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb.

"Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında zəhərlənmə şübhəsi ilə bağlı AQTA tərəfindən araşdırmalar aparılır.

İlkin araşdırmalara əsasən, agentliyin əməkdaşları tərəfindən restoranda keçirilən yoxlama zamanı müəssisənin ümumi sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, qida məhsullarının emalı və saxlanılması zamanı nöqsanlara və çarpaz çirklənmə risklərinə yol verildiyi müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.


Araşdırmalar davam etdirilir", - məlumatda bildirilib.

B
Qeyd edilməyib