YapiKredi Müraciət Forması
Dünya

Qazaxıstan əcnəbilər üçün elektron giriş icazələrinin tətbiqinə başladı

Qazaxıstan əcnəbilər üçün elektron giriş icazələrinin tətbiqinə başladı

Qazaxıstan noyabrın 1-dən ölkəyə gələn əcnəbilər üçün elektron giriş icazəsi (ETA) sistemini mərhələli şəkildə tətbiq etməyə başlayıb.

Demokrat.az xəbər verir ki, yeni qaydalar ilk mərhələdə Aktau Beynəlxalq Hava Limanında və Rusiyanın sərhədində yerləşən "Urlyutobe", eləcə də "Auхattı", "Atameken" və "Nurly Jol" avtomobil keçid məntəqələrində qüvvəyə minib.

2027-ci il yanvarın 1-dən sistem Astana və Almatı hava limanlarında, martın 1-dən isə digər sərhəd-keçid məntəqələrində tətbiq olunacaq.

Elektron icazə turistlər üçün ödənişsiz olacaq və 180 gün qüvvədə qalacaq. Bu müddət ərzində Qazaxıstanda ümumilikdə 90 gün qalmaq mümkün olacaq. ETA-nın olmaması 2027-ci il iyulun 1-dən ölkəyə girişdən imtina üçün əsas sayılacaq.

B
Qeyd edilməyib