Körpü uçub, qəsəbə ilə əlaqə kəsilib — VİDEO

GÜNDƏM 17 aprel 2025, 23:32
Güclü yağış Qaradağ rayonu, Umbakı qəsəbəsi ilə mərkəzi birləşdirən yolun üzərindəki körpünü uçurdub.

Bu səbəbdən qəsəbənin rayon və şəhər mərkəzi ilə əlaqəsi tam kəsilib.

Sakinlər deyirlər ki, həmin körpü 2015-ci ildə əsaslı təmir olunub. İddia edirlər ki, maksimum 8 ton yükdaşıma qabiliyyəti olan körpünün uçmasının əsas səbəbi əslində təkcə sel suları deyil. Başlıca səbəb ağırtonnajlı maşınların yüklü
formada körpüdən keçmələridir.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, problemdən xəbərdardırlar və ərazidə iş gedir.

“Xəzər TV”nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 10:51
Top