ABŞ səlahiyyətliləri tərəfindən tətbiq edilən ticarət tarifləri ölkədəki şərab istehsalçıları üçün fəlakət ola bilər.
Demokrat.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, Kanadanın Amerika şərabından imtina etməsi və Tramp administrasiyasının beynəlxalq tarifləri onsuz da təzyiq altında olan şərab sənayesini daha da çətin vəziyyətə salıb.
Kanal qeyd edir ki, ABŞ şərab sənayesi artıq öz məhsullarını Kanadaya ixrac etmədiyi üçün xeyli gəlir itirib. Keçən ay kanadalı idxalçılar Amerika içkisini boykot etməyə başlayıb, onu həm mağaza rəflərindən, həm də Kanadadakı restoranlardan yığıblar.
Kanal həmçinin bildirir ki, ABŞ-ın yeni tarifləri xaricdə şərabın qablaşdırılması üçün lazım olan elementlərin alınması ilə bağlı problemlərə səbəb ola bilər.
Əfsanə Kamal
Demokrat.az