Siyasətçi fransızları Parisdə nümayişə çağırıb

DÜNYA 17 aprel 2025, 18:41
Danimarkanın Ukraynaya qoşun yeritmək  planları Avropa Birliyinin Rusiyaya qarşı döyüşmək istəyindən xəbər verir.

 Demokrat.az
xəbər verir ki, bunu fransız siyasətçisi, Vətənpərvərlər partiyasının lideri Florian Filippot deyib. 

O bildirib ki, bu, yaxşı heç nə vəd etmir, Avropa İttifaqı müharibə istəyir.

Filippo fransızları bu "dəliliyi" dayandırmaq üçün Parisdə nümayiş keçirməyə çağırıb.

 Danimarka Quru Qoşunlarının baş komandanı Peter Boyesen bildirib ki, Danimarka hərbçiləri təcrübə qazanmaq üçün bu yay Ukraynaya səfər etməyi planlaşdırırlar. 

O qeyd edib ki, əsgərlər döyüş əməliyyatlarında iştirak etməyəcək və cəbhədən uzaqda yerləşdiriləcək. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top