Dünya Özəl

Siyasətçi fransızları Parisdə nümayişə çağırıb

Siyasətçi fransızları Parisdə nümayişə çağırıb

Danimarkanın Ukraynaya qoşun yeritməkplanları Avropa Birliyinin Rusiyaya qarşı döyüşmək istəyindən xəbər verir.

Demokrat.az xəbər verir ki, bunu fransız siyasətçisi, Vətənpərvərlər partiyasının lideri Florian Filippot deyib.

O bildirib ki, bu, yaxşı heç nə vəd etmir, Avropa İttifaqı müharibə istəyir.

Filippo fransızları bu "dəliliyi" dayandırmaq üçün Parisdə nümayiş keçirməyə çağırıb.

Danimarka Quru Qoşunlarının baş komandanı Peter Boyesen bildirib ki, Danimarka hərbçiləri təcrübə qazanmaq üçün bu yay Ukraynaya səfər etməyi planlaşdırırlar.

O qeyd edib ki, əsgərlər döyüş əməliyyatlarında iştirak etməyəcək və cəbhədən uzaqda yerləşdiriləcək.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova