
Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Əraqçını qəbul edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qeyd olunub ki, iranlı nazirin Rusiyaya səfəri çərçivəsində keçirəcəyi görüşlərin gündəliyinə ikitərəfli münasibətlərin, regional əməkdaşlığın və beynəlxalq arenada qarşılıqlı fəaliyyətin irəlilədilməsi daxildir.
İranın nüvə proqramı üzrə Tehran və Vaşinqton arasında danışıqların gedişitanın da müzakirə olunacağı ehtimal edilir.