Maksimal bal toplayan Aişə Bağırova: "Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm"

GÜNDƏM 17 aprel 2025, 22:57
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanında 300 bal toplayanlar sırasında yer alan abituriyentlərdən biri də 89 saylı orta məktəbin şagirdi Aişə Faiq qızı Bağırovadır.

Oxu.Az Aişə Bağırova ilə həmsöhbət olub.

O, maksimum nəticə göstərəcəyini gözlədiyini bildirib:

"Valideynlərimin və müəllimlərimin dəstəyi və inamı bu uğuru mənim üçün gözlənilən etmişdi".

Aişə Bağırova qeyd edib ki, maksimum nəticə savad və diqqətin vəhdəti sayəsində mümkün olur:

"Bununla yanaşı, fənnə və onu tədris edən müəllimə duyulan sevgi, öyrənməyə olan həvəs və istək məncə əsas motivasiya mənbəyi olmalıdır".

Gələcək hədəflərinin böyük olduğunu vurğulayan Aişə Bağırova tibb sahəsində ixtisaslaşmaq istədiyini deyib:

"Cərrahiyyə sahəsi üzrə yenilikçi, faydalı layihələr hazırlamaq, öz sahəmin peşəkar və vicdanlı nümayəndəsi olmaq istəyirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 10:51
Top