Anasını itirdikdən sonra ilk dəfə efirə çıxdı — VİDEO

ŞOU-BİZNES 17 aprel 2025, 23:15

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı anasının vəfatından sonra ilk dəfə efirə çıxıb.

OLAY yazır ki, sənətçi bu gün “Səni axtarıram” proqramında yayıma davam edib.  Onu həyat yoldaşı Doğuş studiyaya çağırıb. 

Göz yaşlarını saxlaya bilməyən X. Hidayətqızı bunları söyləyib:

“15 ildə ilk dəfədir ki, anam məni izləmir. O gün olmazdı ki, o, verilişə baxmasın. Hər zaman mən əsəbləşəndə dua edirdi ki, Allahım balama səbr ver, ya da iradı olanda verilişdən sonra bildirirdi. Bu gün isə mən proqrama tək çıxdım, qanadı qırıq çıxdım. Çox istəyirdim ki, “Səni axtarıram”ın 15 illik tədbirində valideynlərim olsun. Anama dedim ki, heç olmasa sən gəl. Mənə ağrıdığını demədi, atamsız gələ bilməyəcəyini söylədi. Dedim, heç olmasa birinci gün canlı yayımla tədbirdəki gözəllikləri izləyər. Çünki 15 il ərzində o savaşlarda anam mənimlə birgə olub. Fikirləşirəm ki, bəlkə də bundan stressə düşərək xərçəngə tutuldu. Hər zaman məni “vuranlar” olanda anam deyirdi ki, balamdan nə istəyirlər? Mənim üçün dua edirdi”.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 10:51
Top