İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasındakı çıxışı zamanı ölkənin sabiq Ali Lideri Seyid Əli Xameneinin fotosunu nümayiş etdirib.
Demokrat.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, Xameneinin fotosunu əlində tutaraq çıxış edən Pezeşkian İranın ABŞ qarşısında geri addım atmayacağını bildirib.
O, Tehranın nüvə texnologiyalarından hərbi məqsədlə deyil, inkişaf və tərəqqi üçün istifadə etdiyini, Hörmüz boğazından isə ölkəyə qarşı təcavüz məqsədilə istifadəyə icazə verməyəcəyini vurğulayıb.
Pezeşkianın çıxışı zamanı zalda olan ABŞ nümayəndəsi məkanı tərk edib.

