Xocavənddə yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.
Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü, Beyləqan rayonunun Yuxarı Aran kənd sakini Qarayev Elnur Eldar oğlu və 1981-ci il təvəllüdlü, Beyləqan rayonunun Örənqala kənd sakini Məmmədov Səxavət Ələm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

