Türkiyənin "Qalatasaray" klubunda 2028-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkisi ilə bağlı mümkün namizədlərin adları gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, "Fanatik"in məlumatına görə, klub daxilində son dövrdə yaşanan proseslər fonunda bəzi tanınmış simalar mümkün prezident seçkisinə hazırlıq görür.
Mənbə seçkinin 2028-ci ildə keçirilməsinin nəzərdə tutulduğunu, lakin onun daha erkən tarixə çəkilməsi ehtimalının da müzakirə edildiyini yazıb.
"Qalatasaray" camiasına yaxın mənbələrin iddiasına görə, Dursun Özbekdən sonrakı dövr üçün 5 mümkün namizəd ön plana çıxıb. Bunlar Abdurrahim Albayrak, Eşref Hamamcıoğlu, Kaan Kançal, Faruk Süren və Ali Dürüstdür.
Hazırda bu şəxslərin heç birinin rəsmi şəkildə prezidentliyə namizədliyini elan etmədiyi bildirilir.
Jalə

