ABŞ Suriyaya sanksiyaların yumşaldılması üçün şərtlər qoyub

DÜNYA 17 aprel 2025, 19:30
ABŞ Dəməşqə qarşı sanksiyaların qismən ləğvi üçün  Suriyaya bir sıra şərtlər irəli sürüb.

Demokrat.az
xəbər verir ki, bu barədə “Washington Post” (WP) qəzeti yazır.

Məqalədə deyilir ki, keçən ay Brüsseldə Tramp administrasiyasının rəsmisi Suriyanın yeni xarici işlər nazirinə səkkiz şərt təqdim edib. 

Jurnalistlərin fikrincə, Vaşinqton Amerika əsgərlərinin Suriyada antiterror əməliyyatları keçirməsinə icazə verilməsini, həmçinin Fələstin yaraqlı təşkilatlarına qadağa qoyulmasını tələb edib. 



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top