Ukraynada LGBT festivalı ilə bağlı qalmaqal yaranıb

DÜNYA 18 aprel 2025, 20:55
Pasxa günlərində Ukraynada "Günəşli Bunny" queer film festivalının keçirilməsi  kanonik Ukrayna Pravoslav Kilsəsinin (UOC) nümayəndələrinin və bəzi siyasətçilərin geniş ictimai etirazına və tənqidinə səbəb olub. 

Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Aprelin 18-25-də keçirilməsi nəzərdə tutulan tədbirin mühüm dini bayramlara təsadüf etməsi təxribatda və dindarların hisslərinə hörmətsizlikdə ittihamlara səbəb olub.

Xalq deputatları Aleksandr Qonçarenko və Daniil Getmantsev festivalın bu günlərdə keçirilməsini tənqid edərək, tədbirin mübarək Cümə və Pasxa bayramlarının ruhuna uyğun olmadığını vurğulayıblar. 

Onlar qeyd ediblər ki, bu cür hərəkətlər LGBT icmasının hüquqlarının müdafiəsinə töhfə vermir əksinə, onun imicinə xələl gətirir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top